İstehsalat sahəsində uğur qazanmaq üçün düzgün və müasir avadanlıq əsas amillərdən biridir.
Finss.az xəbər verir ki, əgər biznesinizin inkişafı üçün yeni texnologiya və ya istehsalat avadanlıqlarına ehtiyacınız var, lakin ilkin maliyyə imkanlarınız məhduddursa, MCB BOKT-un təqdim etdiyi avadanlıq krediti sizin üçün doğru seçimdir.
Kredit şərtləri:
- Maksimal lizinq müddəti: 60 ay
- Minimal ilkin ödəniş: 20%
Bu şərtlərlə siz istehsalat avadanlıqlarını öz maliyyə yükünüzü bölərək mərhələli şəkildə ödəyə, biznesinizi peşəkar şəkildə təchiz edə bilərsiniz.
Üstünlüklər:
- Əlverişli ilkin ödənişlə kapital qoyuluşlarını ertələmədən inkişaf imkanı
- Uzunmüddətli ödəniş imkanı ilə maliyyə çevikliyi
- Biznesin böyüməsinə uyğun texnoloji yenilənməyə dəstək
MCB BOKT-un lizinq imkanları sayəsində siz istehsalat proseslərini optimallaşdıra, məhsuldarlığı artıra və bazarda rəqabət üstünlüyü qazana bilərsiniz.
Ətraflı məlumat üçün keçid: //mcb.az/istehsalat-avadanliginin-lizinqi/
Fuad Mədətov
Finss.az