BANK

07 May

Əkinçilikdən maldarlığa – kənd təsərrüfatı üçün 300.000 AZN-dək maliyyə dəstəyi

Unibank KB ASC kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən VÖEN-li sahibkarlar üçün sərfəli şərtlərlə aqrokredit məhsulunu təqdim edir.

Finss.az xəbər verir ki, bankın təqdim etdiyi bu maliyyə dəstəyi sayəsində fermerlər və kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar bizneslərini daha da inkişaf etdirə bilərlər.

Kreditin əsas şərtləri aşağıdakılardır:

  • Məbləğ: 20.000 AZN-dən 300.000 AZN-dək
  • Müddət: 3 ilədək
  • Güzəşt müddəti: 6 ayadək
  • Faiz dərəcəsi: 10-18% aralığında
  • Girov tələb olunur

Üstəlik, Unibank kənd təsərrüfatı kreditləri üçün 3%-dək faiz endirimi, eləcə də 20.000 AZN-dən yuxarı kreditlərdə nağdlaşdırma və köçürmə xərclərində 50%-lik endirim təqdim edir. Müştərilər həmçinin Unibank-ın mobil və internet bankçılıq xidmətlərindən pulsuz istifadə edərək kreditlərini və maliyyə əməliyyatlarını asanlıqla idarə edə bilərlər.

Aqrokreditlər kimlər üçündür?
Bu kreditlər maldarlıq, quşçuluq, əkinçilik və digər kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulub. Kredit vəsaitlərindən texnika alışı, məhsul yığımı, nəqliyyat və digər istehsal prosesləri üçün istifadə edilə bilər.

Unibank-ın aqrokreditləri həm özəl təşəbbüslərin genişlənməsinə, həm də kənd təsərrüfatı sektorunda dayanıqlı inkişafın təmin olunmasına töhfə verir.

Ətraflı məlumat üçün keçid: //unibank.az/az/corporate/loan/215

Fuad Mədətov
Finss.az