“MCB BOKT” QSC nəqliyyat və logistika sektorunda fəaliyyət göstərən sahibkarlar üçün sərfəli lizinq şərtləri ilə yeni maliyyələşdirmə məhsulu təqdim edir.
Finss.az xəbər verir ki, sərnişin və yükdaşınma nəqliyyat vasitələrinin lizinqi sahəsində fəaliyyət göstərən müəssisələr artıq vaqon, yük maşını, qoşqu, anqar, anbar, təyyarə, lokomotiv və digər logistika vasitələrinə sərmayəni Aklease zəmanəti ilə reallaşdıra bilərlər.
Yeni məhsulun əsas üstünlükləri aşağıdakılardır:
- Maksimal lizinq müddəti – 60 ay,
- Minimal ilkin ödəniş – cəmi 20%.
Bu imkan, nəqliyyat və göndərmə sahəsində fəaliyyət göstərən şirkətlər üçün avtoparkını yeniləmək, daşıma imkanlarını genişləndirmək və əməliyyatlarını optimallaşdırmaq üçün əlverişli maliyyələşdirmə üsuludur. Lizinq şərtləri müəssisələrin maliyyə yükünü azaltmaqla yanaşı, sərmayənin mərhələli şəkildə qaytarılmasına da imkan yaradır.
MCB BOKT bu məhsul vasitəsilə xüsusilə kiçik və orta bizneslərin maddi-texniki bazasını möhkəmləndirməyi və sektorda müasir nəqliyyat infrastrukturunun formalaşmasına dəstək verməyi hədəfləyir.
Ətraflı məlumat üçün keçid: //mcb.az/s%c9%99rnisin-v%c9%99-yukdasinma-n%c9%99qliyyat-lizinqi/
Fuad Mədətov
Finss.az