Unibank Kiçik və Orta Biznes (KOB) sahiblərinə ticarət əməliyyatlarında rahatlıq və maliyyə dayanıqlığı qazandırmaq üçün “Ticarətin maliyyələşdirilməsi” adlı yeni kredit məhsulunu təqdim edir.
Finss.az xəbər ve4rir ki, bu məhsul vasitəsilə biznes tərəfdaşının ödənişini aylarla gözləməyə ehtiyac qalmır – Unibank həmin vəsaiti satıcıya əvvəlcədən ödəyir.
Yeni xidmət çərçivəsində təqdim edilən “Faktorinq” və “Satışın maliyyələşdirilməsi” alətləri sahibkarların debitor və kreditor borclarının 90%-dək hissəsinin maliyyələşdirilməsinə imkan yaradır. Məqsəd – alqı-satqı prosesində həm alıcı, həm də satıcının maliyyə dövriyyəsini sürətləndirmək, onların likvidlik və məzənnə risklərini azaltmaqdır.
Faktorinq nədir?
Bu məhsul satıcının alıcıya qarşı olan pul tələblərini banka güzəştə getməsi və onun müqabilində dövriyyə vəsaitlərini əldə etməsi sisteminə əsaslanır. Proses zamanı:
- Satıcı məhsulu alıcıya möhlətlə göndərir,
- Göndərişi təsdiq edən sənədləri banka təqdim edir,
- Bank satıcıya məbləğin 90%-dək hissəsini dərhal ödəyir,
- Möhlət bitdikdə alıcı ödənişi banka edir.
Satışın maliyyələşdirilməsi
Bu modeldə isə alıcının təchizatçıya qarşı öhdəliyi birbaşa bank tərəfindən yerinə yetirilir. Alıcıya verilən möhlət ərzində o, ödənişi banka edir. Beləliklə:
- Satıcı ödənişini tez alır və risklərdən azad olur,
- Alıcı girov qoymadan ödəniş üçün zaman qazanır və maliyyə vəsaitlərini digər sahələrə yönəldə bilir.
Əlavə üstünlüklər:
- Təhlükəsizlik və şəffaflıq,
- Uzun və qısa müddətli kredit imkanı,
- Ticarət əməliyyatlarının planlı şəkildə aparılması,
- Onlayn müraciət rahatlığı.
Unibank.az platforması vasitəsilə bu məhsul üçün cəmi 3 addımda müraciət etmək mümkündür: vebsayta daxil olmaq, sifariş formunu doldurmaq və kredit şərtlərini seçmək kifayətdir.
Unibank bu məhsulu ilə KOB-ların fəaliyyətini gücləndirməyi və ticarətdə dövriyyənin fasiləsiz davam etməsini dəstəkləməyi qarşısına məqsəd qoyur.
Ətraflı məlumat üçün keçid: //unibank.az/az/corporate/loan/297
Fuad Mədətov
Finss.az