BANK

06 May

Gənclər, qadınlar və məcburi köçkünlər üçün kənd təsərrüfatı sahəsində xüsusi kreditlər

Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitləri ilə Unibank, kənd təsərrüfatı sahəsində biznes qurmaq və ya mövcud biznesinizi inkişaf etdirmək istəyən sahibkarlara güzəştli şərtlərlə kredit imkanı təqdim edir.

Finss.az xəbər verir ki, bu kreditlərlə, müxtəlif aqrar və sənaye sahələrində uğurlu layihələr reallaşdırmaq mümkündür.

Kreditin əsas xüsusiyyətləri:

  • Maksimum məbləğ: 10 000 000 AZN
  • Maksimum müddət: 10 il
  • Aşağı faiz dərəcəsi
  • Güzəşt müddəti

Kreditləşdirilən sahələr:

  • Aqroparkların yaradılması
  • Ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılması
  • Logistik mərkəzlərin və yaşıl marketlərin yaradılması
  • Meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması
  • İri fermer təsərrüfatlarının yaradılması
  • Müasir istixana komplekslərinin yaradılması
  • Kiçik sahibkarlıq layihələrinin maliyyələşdirilməsi

Kimlər yararlana bilər?

Unibank SİF kreditlərini kənd təsərrüfatı, heyvandarlıq, istehsal və xidmət sahələrində mövcud biznesini inkişaf etdirmək istəyən sahibkarlara təqdim edir. Gənclər, qadınlar və məcburi köçkünlər üçün xüsusi dəstək proqramları da mövcuddur.

Ətraflı məlumat üçün keçid: //unibank.az/az/corporate/loan/158

Fuad Mədətov
Finss.az