Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş qaydalara əsasən, kənd təsərrüfatı texnikasını kreditlə əldə etmək istəyən fermerlər üçün dövlət tərəfindən ciddi dəstək mövcuddur. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) vasitəsilə kənd təsərrüfatı texnikasının dəyərinin 40%-i təchizatçıya ödənilir, qalan məbləğin 20%-ni isə alıcı ilkin ödəniş kimi ödəyir.
Finss.az xəbər verir ki, MCB BOKT isə qalan 40%-i məbləğində faizsiz kredit təklif edərək, fermerlərə müasir aqrar texnikaları əldə etmək imkanı yaradır. Bu, ot biçən, gübrə səpən, gübrə qarışdırıcı, dərman səpən, kartof əken və digər kənd təsərrüfatı texnikalarının alınmasını asanlaşdırır.
Aqrar Texnikanın Lizinq Şərtləri:
- Maksimal Lizinq müddəti: 60 ay
- Minimal ilkin ödəniş: 20%
- Subsidiya: 40% (AKİA tərəfindən ödənilir)
Bu layihə, artıq yüzlərlə fermerin istifadə etdiyi və AKİA və MCB BOKT vasitəsilə kənd təsərrüfatı sahəsində müasir texnikaları əldə etməyə kömək edən uğurlu bir təşəbbüsdür.
Ətraflı məlumat üçün keçid: //mcb.az/k%c9%99nd-t%c9%99s%c9%99rrufati-texnikasinin-lizinqi-akia/
Fuad Mədətov
Finss.az