Finss.az - 2025-ci ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8 milyard 361 milyon manat təşkil edib.
Bu isə ilin əvvəlindən 64 milyon manat və ya 0,8 faiz çoxdur. İlin yanvar ayının əvvəlinə olan statistikaya görə, bu rəqəm 8 milyard 297 milyon manat olub.
Cari ilin 1 aprel tarixinə olan məlumata əsasən, Azərbaycanda fəaliyyət göstərən iri sahibkarlıq subyektlərinin sayı 867-dir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,4 faizini bu subyektlər təşkil edir.
İri sahibkarlıq subyektlərinin fəaliyyət sahələri arasında ən çox təmsil olunanlar bunlardır:
-
Ticarət və nəqliyyat vasitələrinin təmiri – 22,5 faiz
-
Emal sənayesi – 13,6 faiz
-
Tikinti – 13,0 faiz
-
Nəqliyyat və anbar təsərrüfatı – 6,9 faiz