BANK

05 phrase_var_core.may

Biznesini genişləndirmək istəyən sahibkarlar üçün 15 min manatadək kredit verilir

“Prior Credit BOKT” ASC kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün mikro kredit məhsulu təklif edir.

Finss.az xəbər verir ki, bu kredit biznesin dövriyyə vəsaitlərinin artırılması, əsas vəsaitlərin alınması və fəaliyyətin genişləndirilməsi məqsədilə təqdim olunur.

Kredit məhsulu əsasən kiçik ticarət, istehsalat, xidmət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən sahibkarları hədəfləyir.

Əsas şərtlər:

  • Kredit məbləği: 500 - 15 000 AZN
  • Müddət: 3 - 36 ay

Faiz dərəcəsi:

  • 10 000 AZN-dən yuxarı, 6 ayadək – 20%
  • 6-12 ay – 21%
  • 13-24 ay – 22%
  • 25-36 ay – 24%

Komissiya:

  • 24 ayadək – 1% (minimum 50 AZN)
  • 24 aydan çox – 2% (minimum 50 AZN)
  • Yaş həddi: 20-65 yaş (bitmə tarixinə qədər); 65 yaşdan yuxarı şəxslər üçün ailə üzvü zamin olmalıdır
  • Təminat: Zaminlik

Əlavə şərtlər:

  • Cərimə faizi: 36% (illik)
  • Tələblər: Müştərinin biznes fəaliyyəti sənədlərlə və vizual materiallarla (foto/video) sübut olunmalıdır. Balans və gəlir-xərc hesabatları əsasında biznesin maliyyə vəziyyəti təhlil olunur.

Bu kredit məhsulu sahibkarlara bizneslərini genişləndirmək və maliyyə çevikliyini artırmaq üçün əlverişli imkanlar yaradır. Güzəştli faizlər və uyğun komissiya siyasəti mikro sahibkarlıq subyektləri üçün əlavə stimul hesab olunur.

Ətraflı məlumat üçün keçid: //priorcredit.az/az/mehsullar/mikro-kredit

Fuad Mədətov
Finss.az