BOKT “Qafqaz-Kredit” MMC kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə kəndli təsərrüfatlarına (AKT-lər) və mikro sahibkarlıq subyektlərinə istər biznes, istərsə də şəxsi istehlak məqsədilə maliyyə dəstəyi təqdim edir.
Finss.az xəbər verir ki, kredit məhsulu kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan, lakin maliyyəyə çıxış imkanı məhdud olan şəxslərin ehtiyaclarını qarşılamağa yönəlib.
Kreditin əsas şərtləri:
- Kredit məbləği: 600 – 20 000 AZN
- İllik faiz dərəcəsi: 19,96% – 24,62%
- Faktiki illik faiz dərəcəsi (FİFD): 25%
- Müddət: 8 – 36 ay
- Güzəşt müddəti: 3 – 12 ay
- Komissiya haqqı: yoxdur
- Təminat: zaminlik, qızıl-zinət əşyaları və ya əmlak girovu
Kimlər faydalana bilər?
Aktiv VÖEN-i olan və gəliri yetərli olan, kredit tarixçəsində gecikməsi olmayan şəxslər bu kredit məhsulundan istifadə edə bilərlər. Əlavə olaraq, etibarlı şəxsiyyət vəsiqəsi, fəaliyyətə dair sənədlər və bank hesabı da tələb olunur.
Kredit kənd təsərrüfatı ilə bağlı qanunla qadağan olunmayan və ətraf mühitə zərər verməyən fəaliyyətlərin maliyyələşdirilməsinə yönəlib. Eyni zamanda, şəxsi və istehlak məqsədli xərclər də bu kredit çərçivəsində qarşılanır.
Ətraflı məlumat üçün keçid: //qafqazkredit.az/k%c9%99nd-t%c9%99s%c9%99rrufati-krediti/
Fuad Mədətov
Finss.az