BANK

02 May

İri biznes layihələri üçün 150.000 dollarlıq kredit təklifi

“Bank Melli İran”ın Bakı filialı hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün əlverişli şərtlərlə iri həcmli biznes kreditləri təqdim edir.

Finss.az xəbər verir ki, bank, xüsusilə uzunmüddətli əməkdaşlıq qurduğu, sabit maliyyə vəziyyətinə və müsbət kredit tarixçəsinə malik özəl müəssisə və təşkilatlara üstünlük verir.

Kreditin əsas şərtləri:

  • Kreditin məbləği: 150.000 ABŞ dollarının manatla ekvivalenti
  • İllik faiz dərəcəsi: 16%
  • Müddət: 6 – 60 ay
  • Təminat: Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən daşınmaz əmlak
  • Valyuta: Kreditlər yalnız manatla verilir
  • Ödəniş forması: Annuitet və ya azalan qrafik (borcalanın seçiminə əsasən)
  • Əmlakın sığortalanması: Girov qoyulan əmlak itki və ziyanlara qarşı akkreditasiyadan keçmiş sığorta şirkətində sığortalanmalıdır

Kredit kimlərə təqdim olunur?

Bank, əsasən aşağıdakı sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərə maliyyə dəstəyi verir:

  • Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə
  • Ticarət və xidmət sektoru üzrə dövriyyə vəsaitinin artırılması
  • Nəqliyyat və rabitə sahəsində fəaliyyətin inkişafı
  • Sənaye və istehsalat sektorunda genişlənmə ehtiyacları
  • İnşaat və əmlak sektorunda inkişaf məqsədli layihələr

Yalnız yerli qeydiyyatda olanlar üçün

Kreditlər yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda daimi qeydiyyatda olan şəxslərə təqdim olunur. Bu yanaşma bankın risklərin idarə olunmasında çevik mexanizmlər qurduğunu göstərir.

Ətraflı məlumat üçün keçid: //bmibaku.az/kreditler-korporativ/

Fuad Mədətov
Finss.az