Kiçik və orta biznesin (KOB) inkişafını hədəfləyən BOKT “İnkişaf üçün Maliyyə” MMC, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara xüsusi kredit məhsulu – Kənd Təsərrüfatı Təyinatlı KOB Krediti təklif edir.
Finss.az xəbər verir ki, bu kredit məhsulu, kənd təsərrüfatı ilə məşğul olan və fəaliyyətini genişləndirmək istəyən sahibkarlar üçün nəzərdə tutulub.
Kreditin əsas şərtləri:
- Kredit məbləği: 15.000 – 50.000 manat;
- Müddət: maksimum 48 ay;
- Faiz dərəcəsi: illik 20% – 26%;
- Komisyon haqq: 1% – 2%;
- Faktiki illik faiz dərəcəsi (FİFD): 28.2% – 30%;
- Zaminlik: kredit məbləğindən asılı olaraq tələb olunur.
Bu kredit məhsulu ticarət, istehsal, xidmət və digər sahələrdə fəaliyyət göstərən və kənd təsərrüfatı üzrə inkişaf planları olan sahibkarlıq subyektlərini əhatə edir. Kredit vasitəsilə sahibkarlar torpaq sahələrinin becərilməsi, texnika və avadanlıqların alınması, məhsul istehsalının artırılması və digər kənd təsərrüfatı yönümlü ehtiyaclarını qarşılaya bilərlər.
Maliyyə dayanıqlığı və inkişaf üçün fürsət
“İnkişaf üçün Maliyyə” MMC tərəfindən təklif olunan bu kredit aləti, kənd təsərrüfatında rəqabət qabiliyyətini artırmaqla yanaşı, regionlarda məşğulluğun və yerli istehsalın artmasına da töhfə verir. Kredit məhsulu həm fərdi sahibkarlar, həm də KOB subyektləri üçün əlçatanlıq prinsipinə uyğun şəkildə hazırlanıb.
Ətraflı məlumat üçün keçid: //www.findev.az/products
Fuad Mədətov
Finss.az