BANK

02 May

Biznes sahibləri üçün 60 ayadək kredit xətti mövcuddur

BOKT “İDEAL KREDİT” MMC kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə biznes sahiblərinə illik 18%-dən başlayan faizlə 200 000 manatadək kredit təklif edir.

Finss.az xəbər verir ki, kreditlər həm Azərbaycan manatı, həm də ABŞ dollarında verilir.

Kredit şərtləri:

  • Məbləğ: 500 AZN/USD – 200 000 AZN/USD
  • Müddət: 3 aydan 60 ayadək
  • İllik faiz dərəcəsi: 18%–32%
  • Faktiki illik faiz dərəcəsi (FİFD): 18%–32%
  • Komissiya xərci: 0%-dən başlayaraq
  • Girov: Daşınar və daşınmaz əmlak qəbul olunur

Əsas tələblər:

  • Müraciət edən şəxs minimum 18, maksimum 80 yaşda olmalıdır.
  • Kreditin son ödəniş tarixinədək 80 yaşı tamam olmamalıdır.
  • Müraciət edən şəxs minimum 6 ay ərzində kreditin təyinatına uyğun biznes fəaliyyəti ilə məşğul olmalıdır.
  • Yaxşı kredit tarixçəsi üstünlük sayılır.

Tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi
  • VÖEN, qaimələr, kassa çekləri, icarə müqaviləsi və digər biznesə məxsusluq sənədləri
  • Girov əmlakına dair sənədlər

Bu kredit məhsulu mövcud biznesin genişləndirilməsi, yeni avadanlıqların alınması və dövriyyə vəsaitlərinin artırılması üçün nəzərdə tutulub.

Ətraflı məlumat üçün keçid: //www.idealkredit.az/kredit/67ef7ba24561a61600056410

Fuad Mədətov
Finss.az