BOKT “İdeal Kredit” MMC, partnyor mağazalar vasitəsilə məhsul almaq istəyən müştərilər üçün əlverişli şərtlərlə kredit imkanları təqdim edir.
Finss.az xəbər verir ki, şirkətin təqdim etdiyi istehlak kreditləri müştərinin tələblərinə uyğun olaraq 0%-dən başlayan faizlə verilir və girov tələb olunmur.
Kredit şərtləri aşağıdakılardır:
- Kredit məbləği: 50 AZN-dən 50.000 AZN-ə qədər
- Müddət: 3 aydan 36 ayadək
- Faiz dərəcəsi: illik 0% – 42% aralığında
- FİFD: illik 0% – 42%
- Komissiya: Partnyor tərəfindən ödənilir – 0%-dən başlayaraq
- Tələb olunan sənəd: Yalnız şəxsiyyəti təsdiq edən sənəd
- Zamin və girov: Girov tələb olunmur; zaminlik yalnız xüsusi hallarda tələb oluna bilər
- Yaş həddi: 18 – 80 yaş
Bu modelə əsasən, müştərilər yalnız şəxsiyyət vəsiqəsi ilə partnyor mağazalardan məhsul alaraq ödənişi rahat şəkildə aylara bölə bilirlər. Faizsiz və ya minimal faizli alış imkanı isə bu təklifi xüsusilə cəlbedici edir.
“İdeal Kredit”in bu təşəbbüsü əhalinin maliyyə əlçatanlığını artırmaq və istehlak bazarını canlandırmaq məqsədi daşıyır.
Ətraflı məlumat üçün keçid: //www.idealkredit.az/kredit/67ef80594561a61600056421
Fuad Mədətov
Finss.az