TuranBank ASC, fərdi sahibkarlar və hüquqi şəxslərə mikro kreditlər təqdim edir. Kreditin maksimal məbləği 2.000.000 AZN və 1.000.000 USD arasında dəyişir. Girovsuz kreditlər isə maksimum 40.000 AZN-ə qədər verilə bilər. Kreditin maksimum müddəti 36 aydır.
Finss.az xəbər verir ki, kredit üzrə illik faiz dərəcəsi AZN üçün 16%-dən, USD üçün isə 7.5%-dən başlayır. Kredit təminatı olaraq zaminlik, daşınmaz əmlak, qiymətli metallar, nəqliyyat vasitəsi və nağd vəsait kimi təminatlar qəbul edilir. Bank komisyonları 0.5%-dən başlayır və ödəniş tipi annuitet və dəyişkən qrafiklə həyata keçirilir.
Borcalanların yaş həddi 22-68 arasında olmalı və yalnız Azərbaycan Respublikası vətəndaşları və rezident hüquqi şəxslər kreditə müraciət edə bilər. F.I.F.D (Maliyyə İnstitutu Faiz Dərəcəsi) minimum 16.36%-dir.
Ətraflı məlumat üçün keçid: //www.turanbank.az/az/pages/21/166
Fuad Mədətov
Finss.az