BANK

01 May

Mərkəzi Bank “GL” ASC-ni və vəzifəli şəxsi 60 min manat cərimələdi

Finss.az - Azərbaycan Mərkəzi Bankı (AMB) lombard fəaliyyəti göstərən “GL” ASC və onun vəzifəli şəxsi barəsində inzibati məsuliyyət tədbiri görüb.

Tənzimləyici qurum tərəfindən aparılmış planlı tematik yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələri üzrə “GL” ASC və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 000 manat və 10 000 manat məbləğində cərimələnib.

Qeyd edək ki, “GL” ASC 2016-cı ildə təsis olunub və şirkətin yeganə səhmdarı 100% payla Quliyev Fərman Eldar oğludur.

Bu qərar AMB-nin maliyyə bazarlarında şəffaflığın və qanunvericiliyə əməl olunmasının təmin olunması istiqamətində nəzarət tədbirlərinin bir hissəsi kimi qiymətləndirilir.