“City Finance” BOKT MMC, Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə, biznesinizi inkişaf etdirmək və genişləndirmək üçün sərfəli şərtlərlə maliyyə dəstəyi təqdim edir.
Finss.az xəbər verir ki, kreditin məbləği 1 000 AZN-dən 2 000 000 AZN-ə qədərdir və kredit müddəti 12 aydan 60 aya qədər dəyişir. Kreditin faiz nisbəti cəlbedici olaraq yalnız 5% təşkil edir.
Bu kredit məhsulu, əsasən avadanlıq alışı və digər biznes ehtiyacları üçün istifadə edilə bilər. Sahibkarlar, kreditin təyinatını geniş şəkildə istifadə edərək öz işlərini inkişaf etdirə və genişləndirə bilərlər.
“City Finance” BOKT MMC, biznes sahiblərinə rəqabət qabiliyyətini artırmaq və iqtisadi artım təmin etmək üçün sərfəli maliyyə imkanları təqdim edir.
Ətrfalı məlumat üçün linkə daxil olun: //cityfinance.az/az/business/services/loans/sif-credit
Fuad Mədətov
Finss.az