BANK

01 May

Sahibkarlıq fəaliyyətini genişləndirmək istəyənlər üçün: “Azinvestkredit”dən sərfəli maliyyə həlli

“Azinvestkredit BOKT” MMC mikrobiznes fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün illik 22%-dən başlayan faizlə kredit təklif edir.

Finss.az xəbər verir ki, mikrobiznes kreditinin məbləği 100 AZN-dən 100.000 AZN-dək, müddəti isə 3 aydan 60 ayadək müəyyən olunur. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) də 22-36% aralığındadır. Komissiya xərci isə 0%-dən başlayır.

Kredit müraciəti üçün vətəndaşlardan şəxsiyyət vəsiqəsinin surəti və gəlirləri təsdiq edən sənəd tələb olunur. Kredit məbləğindən asılı olaraq zamin və ya girov təqdim edilməsi zəruri ola bilər. Girov kimi daşınar və ya daşınmaz əmlak qəbul edilir.

Kredit məhsulundan faydalanmaq istəyən şəxslərin yaşı 18-dən 80 yaşadək olmalıdır.

Qeyd edək ki, bu məhsul çevik şərtləri və yüksək məbləğ imkanı ilə mikrobizneslərin inkişafına dəstək göstərmək məqsədi daşıyır.

Ətraflı məlumat üçün keçid: //www.azinvestkredit.az/kredit/1

Fuad Mədətov
Finss.az