Cari ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kredit portfeli 8,603 milyard manat olub.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,461 milyard manat və ya 20,5% çoxdur.
Belə ki, 2024-cü ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kredit portfeli 7,142 milyard manat idi.
Fevralın sonunda bankların istehlak kredit portfelinin həcmi 8,544 milyard manat olub. Yəni, təkcə mart ayında Azərbaycan bankları 59,6 milyon manat istehlak krediti verib.
Qeyd edək ki, hesabat dövrünün sonun bankların kredit portfelinin həcmi 27,877 milyard manat təşkil edib ki, bu da, illik müayisədə 3,775 milyard manat, yaxud da 15,7% çoxdur. 2024-cü ilin müvafiq dövründə bu rəqəm 24,102 milyard manat idi.
Fuad Mədətov
Finss.az