Bu ilin yanvar-mart aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “UnionPay” ödəniş kartları vasitəsilə aparılan əməliyyatların sayı 1,1 min ədəd, əməliyyatların ümumi həcmi isə 200 min manat olub.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankıdan məlumat verilib.
Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə “UnionPay” kartları ilə aparılan əməliyyatların sayı 1,4 min ədəd və ya 2,3 dəfə, əməliyyatların həcmi isə 500 min manat və ya 3,5 dəfə azalıb.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “UnionPay” ödəniş kartları ilə 2,5 min ədəd əməliyyat həyata keçirilmiş, əməliyyatların həcmi isə 700 min manat təşkil etmişdi.
Qeyd edək ki, cari ilin birinci rübündə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi bütün ödəniş kartları vasitəsilə aparılan əməliyyatların sayı 900,1 min ədəd, həcmi isə 86,5 milyon manat olub.
Məlumat üçün bildirək ki, qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları — Azərbaycanda qeydiyyatda olmayan, yəni xarici maliyyə qurumları tərəfindən buraxılmış bank kartlarıdır. Qeyri-rezident isə ölkədə daimi qeydiyyatda olmayan və ya xaricdə yerləşən hüquqi və ya fiziki şəxs sayılır.
Fuad Mədətov
Finss.az