BANK

29 Aprel

Milli Depozit Mərkəzindəki depo hesablarının sayı açıqlanıb

Finss.az - Milli Depozit Mərkəzində (MDM) mövcud olan depo hesablarının sayı 160 mindən çoxdur.

Bu barədə MDM-in Strategiyalar şöbəsinin rəhbəri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, bunun 105 minə yaxını aktiv depo hesablarıdır.

2024-cü ildə fərdi depo hesablarının sayında 30 mindən çox artım olub. Ə.Əliyev bildirib ki, buna səbəb ötən il kapital bazarında reallaşan kütləvi təklif (İPO) olub.

Ə.Əliyevin sözlərinə görə, MDM-də yeni bank modulunun tətbiqi də hədəfənib. Bununla bazar iştirakçıları arasında çevikliyin təmin olunması planlaşdırılır.