BANK

28 Aprel

"Expressbank"ın istehlak və ipoteka kreditləri artıb

Expressbank ASC 2025-ci ilin yanvar-mart dövrü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Finss.az xəbər verir ki, bankın ümumi kredit portfeli 0,48% azalaraq 499,534 min manata düşüb. 2024-cü ilin I rübündə bu göstərici 501,960 min manat təşkil edirdi.

Biznes kreditləri sahəsində bank heç bir dəyişiklik etməyərək, 2025-ci ilin I rübündə 169,142 min manat kredit portfeli ilə əvvəlki ilin eyni dövrünə bərabər qalıb. 2024-cü ilin yanvar-mart dövründə bu rəqəm 115,212 min manat idi.

İstehlak kreditləri sahəsində isə müsbət artım qeydə alınıb. İstehlak kredit portfeli 9,03% artaraq 213,708 min manata çatıb, 2024-cü ilin eyni dövründə bu göstərici 196,002 min manat olub.

İpoteka kreditləri də 9,51% artaraq 116,684 min manat təşkil edib. 2024-cü ilin I rübündə ipoteka krediti 106,549 min manat idi.

Fuad Mədətov
Finss.az