BANK

28 Aprel

"Ziraat Bank Azərbaycan"ın biznes, istehlak və ipoteka kredit portfelləri artıb

Ziraat Bank Azərbaycan ASC 2025-ci ilin yanvar-mart ayları arasında əldə etdiyi maliyyə nəticələrini açıqlayıb.

Finss.az xəbər  verir ki, bankın ümumi kredit portfeli 8,50% artaraq 574,721 min manat təşkil edib. 2024-cü ilin eyni dövründə bu göstərici 529,714 min manat olub.

Biznes kreditləri sahəsində isə bank böyük bir artım nümayiş etdirib. 2024-cü ilin I rübündə 356,247 min manat olan biznes kredit portfeli, 2025-ci ilin I rübündə 49,36% artaraq 532,108 min manata çatıb.

İstehlak kreditləri sahəsində də diqqətəlayiq irəliləyişlər müşahidə olunub. İstehlak kredit portfeli 119,28% artaraq 12,159 min manat olub, 2024-cü ilin eyni dövründə bu rəqəm yalnız 5,545 min manat idi.

İpoteka kreditləri sahəsində də böyük artım qeydə alınıb. Bu kredit portfeli 95,79% artaraq 30,454 min manata çatıb. 2024-cü ilin I rübündə ipoteka kreditləri 15,554,30 min manat idi.

Fuad Mədətov
Finss.az