BANK

28 Aprel

"Bank of Baku"nun istehlak və ipoteka kredit portfelləri artıb

Bank of Baku ASC 2025-ci ilin yanvar-mart aylarında ümumi kredit portfelində 2,19% artım qeydə alıb.

Finss.az bankın maliyyə hesabatına əsasən xəbər verir ki, bankın kredit portfeli 777 min 44 manata yüksəlib. Müqayisə üçün, 2024-cü ilin ilk rübündə bu göstərici 760 min 425 manat idi.

Bankın biznes kredit portfeli üzrə isə azalma müşahidə olunub — 2025-ci ilin ilk rübündə bu sahədə kreditlər 3,70% azalaraq 137 min 592 manata düşüb. 2024-cü ilin analoji dövründə bu məbləğ 142 min 882 manat təşkil edirdi.

İstehlak kreditləri sahəsində Bank of Baku mühüm artıma nail olub. İstehlak kredit portfeli 20,80% artaraq 588 min 977 manata çatıb. 2024-cü ilin eyni dövründə bu rəqəm 487 min 565 manat idi.

İpoteka kredit portfeli də ciddi şəkildə genişlənib — 29,76% artım nəticəsində ipoteka kreditləri 50 min 474 manata yüksəlib. 2024-cü ilin ilk rübündə bu göstərici 38 min 896,54 manat olub.

Fuad Mədətov
Finss.az