Yelo Bank ASC 2025-ci ilin yanvar-mart dövrü üzrə kredit portfelində artım əldə edib.
Finss.az xəbər verir ki, bankın ümumi kredit portfeli 2,69% artaraq 960 min 276 manata çatıb, 2024-cü ilin eyni dövründə bu göstərici 935 min 089 manat idi.
Biznes kredit portfeli 18,22% artaraq 599 min 041 manata yüksəlib, 2024-cü ilin yanvar-mart ayında bu rəqəm 506 min 724 manat idi.
İstehlak kredit portfeli də mühüm bir artım nümayiş etdirərək 24,26% artaraq 272 min 411 manata yüksəlib, 2024-cü ilin eyni dövründə bu rəqəm 219 min 219 manat olub.
İpoteka krediti sahəsində də 15,95% artım müşahidə edilib, 2025-ci ilin ilk rübündə bu rəqəm 88 min 824 manat olub, 2024-cü ilin yanvar-mart ayında isə 76 min 606 manat idi.
Fuad Mədətov
Finss.az