BANK

28 Aprel

"Bank Respublika"nın biznes və istehlak kreditləri əhəmiyyətli artıb

Bank Respublika ASC 2025-ci ilin yanvar-mart dövrü üzrə kredit portfelinin göstəricilərini açıqlayıb.

Finss.az xəbər verir ki, bankın ümumi kredit portfeli 1,90% artaraq 1 milyon 499 min 862 manat olub, 2024-cü ilin eyni dövründə bu göstərici 1 milyon 471 min 887 manat idi.

Biznes kredit portfeli əhəmiyyətli artım göstərərək 26,26% artıb və 1 milyon 15 min 659 manata çatıb, 2024-cü ildə bu rəqəm 804 min 408 manat idi.

İstehlak kredit portfeli isə 28,35% artaraq 332 min 695 manata yüksəlib, 2024-cü ilin yanvar-mart ayında bu göstərici 259 min 210 manat idi.

İpoteka krediti sahəsində də müsbət nəticələr müşahidə olunub. İpoteka kredit portfeli 20,92% artaraq 151 min 508 manata yüksəlib, 2024-cü ilin eyni dövründə bu göstərici 125 min 297,78 manat idi.

Fuad Mədətov
Finss.az