PAŞA Bank ASC 2025-ci ilin yanvar-mart dövrü üzrə müsbət göstəricilər açıqlayıb.
Finss.az xəbər verir ki, bankın ümumi kredit portfeli 0,53% azalıb və 3 milyon 285 min 720 manat təşkil edib. 2024-cü ilin eyni dövründə bu göstərici 3 milyon 303 min 277 manat idi.
Biznes kredit portfeli isə 5,73% artaraq 2 milyon 979 min 88 manata çatıb, 2024-cü ilin analoji dövründə bu rəqəm 2 milyon 817 min 592 manat olub.
İstehlak kredit portfeli 3,99% artaraq 88 min 716 manata yüksəlib. 2024-cü ilin yanvar-mart ayında bu göstərici 85 min 315 manat idi.
İpoteka krediti sahəsində isə diqqətəlayiq artım müşahidə edilib. PAŞA Bank-ın ipoteka kredit portfeli 35,18% artaraq 217 min 916 manata çatıb, 2024-cü ilin eyni dövründə bu göstərici 161 min 207 manat idi.
Fuad Mədətov
Finss.az