BANK

24 Aprel

"Bank Avrasiya"nın depozit portfeli 56%-dan çox azalıb

Bank Avrasiya ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri bankın maliyyə vəziyyətində əhəmiyyətli geriləmələri göstərir.

Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın depozit portfeli 56,20% azalaraq yalnız 57 380 manata düşüb. 2024-cü ilin eyni dövründə depozit portfeli 130 996 manat idi. Bu, bankın müştəri cəlb etmə qabiliyyətində ciddi problemlərin olduğunu və etibar itkisi yaşadığını göstərir.

Bununla yanaşı, bankın xalis mənfəəti 64,47% artaraq 1 976 910 manata yüksəlib. 2024-cü ilin yanvar-mart dövründə bu göstərici 1 201 970 manat idi. Xalis mənfəətindəki artım, bankın bəzi maliyyə sahələrindəki müsbət göstəriciləri əks etdirir, amma depozit portfelindəki bu böyük azalma, bankın gələcək maliyyə dayanıqlılığı ilə bağlı suallar yaradır.

Bankın aktivləri də müsbət artım göstərib, 6,76% artaraq 196 400 manata yüksəlib. 2024-cü ilin eyni dövründə aktivlər 183 967 manat idi. Aktivlərdəki bu artım, bankın ümumi maliyyə gücünün müəyyən dərəcədə artdığını göstərsə də, depozit portfelindəki kəskin geriləmə bu müsbət nəticələri tam olaraq kompensasiya etmir.

Fuad Mədətov
Finss.az