Yapı Kredi Bank Azərbaycan QSC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri, bankın maliyyə vəziyyətində ciddi geriləmələrin olduğunu göstərir.
Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın xalis mənfəəti 47,56% azalaraq 2 280 810 manata enib. 2024-cü ilin eyni dövründə bu göstərici 4 349 500 manat təşkil edirdi. Bu eniş, bankın gəlirliyindəki ciddi itkiləri və bazar şərtlərinə uyğun fəaliyyət göstərmə qabiliyyətinin zəif olduğunu ortaya qoyur.
Depozit portfeli də geriləyib. 2024-cü ilin yanvar-mart dövründə 415 094 manat olan depozit portfeli, 2025-ci ilin eyni dövründə 387 080 manata enib. Bu, 6,75% azalma deməkdir və bankın müştəri cəlb etmə və etibar qazandırma strategiyalarında ciddi problemlərin mövcud olduğunu göstərir.
Bununla yanaşı, bankın aktivləri 2,89% artaraq 560 083 manata yüksəlib. 2024-cü ilin eyni dövründə aktivlər 544 335 manat idi. Lakin, aktivlərdəki bu müsbət artım, xalis mənfəət və depozit portfelindəki geriləmələri kompensasiya etməkdə kifayət etməyib.
Fuad Mədətov
Finss.az