BANK

24 Aprel

"Premium Bank"ın xalis mənfəəti, depozit portfeli və aktivləri azalıb

Premium Bank ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri bankın maliyyə vəziyyətində ciddi geriləmələrin baş verdiyini göstərir.

Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın xalis mənfəəti 36,47% azalaraq 1 582 000 manata düşüb. 2024-cü ilin eyni dövründə bu göstərici 2 490 340 manat idi. Bu eniş, bankın gəlirlik və müştəri cəlb etmə qabiliyyətindəki ciddi problemləri ortaya qoyur.

Depozit portfeli də geriləyib. 2024-cü ilin yanvar-mart dövründə 448 809 manat olan depozit portfeli, 2025-ci ilin eyni dövründə 401 345 manata enib. Bu, 10,58% azalma deməkdir və bankın müştəri bazasında yaşanan itkiləri göstərir.

Bankın aktivləri də 1,24% azalaraq 667 080 manata düşüb. 2024-cü ilin eyni dövründə bu göstərici 675 434 manat idi. Bu azalma, bankın ümumi maliyyə gücünün zəiflədiyini və aktivlərinin dəyərinin azaldığını göstərir.

Fuad Mədətov
Finss.az