BANK

24 Aprel

"Ziraat Bank Azərbaycan"ın depozit portfeli 8 dəfədən çox artıb

Ziraat Bank Azərbaycan ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri açıqlanıb.

Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank 2025-ci ilin yanvar-mart aylarında depozit portfelini 472 159 manata çatdırıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 838,16% artıb, çünki 2024-cü ilin I rübündə bankın depozit portfeli yalnız 50 328 manat olub.

Bankın xalis mənfəətində azalma müşahidə olunub. 2025-ci ilin I rübündə bankın xalis mənfəəti 3 572 200 manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövründə qeydə alınmış 5 291 960 manata nisbətən 32,50% azalma deməkdir.

Ziraat Bank Azərbaycan-ın aktivləri isə artım nümayiş etdirib. 2025-ci ilin yanvar-mart ayında aktivlər 909 242 manat olub. Bu, 2024-cü ilin analoji dövründəki 742 933 manatla müqayisədə 22,39% artım deməkdir.

Fuad Mədətov
Finss.az