BANK

23 Aprel

AMB “Açıq bankçılıq” modelinə keçidi sürətləndirir

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü il üzrə “Maliyyə sektorunun inkişaf strategiyası” çərçivəsində “Açıq bankçılıq” yanaşmasının tətbiqini sürətləndirməyə hazırlaşır.

Finss.az xəbər verir ki, bu 2024-2026-cı illər üzrə "Maliyyə sektorunun inkişaf strategiyası"nın 2024-cü il üzrə icra vəziyyətində bildirilib.

Məlumata görə, strategiyanın cari il üzrə rəqəmsal maliyyə təşəbbüsləri ilə bağlı tədbirlər planının 88,9%-i icra olunub.

AMB-nin açıqladığı növbəti addımlar sırasında aşağıdakılar yer alır:

  • “Açıq bankçılıq” modelinin tətbiqinin sürətləndirilməsi;
  • “Açıq maliyyə” yanaşmasına keçidin təmin edilməsi;
  • Müştərilərin rəqəmsal kanallar vasitəsilə eyniləşdirilməsi prosesinin təkmilləşdirilməsi;
  • Data əsaslı “SupTech” həllərin tətbiqi ilə nəzarət proseslərinin modernləşdirilməsi;
  • Datanın idarəedilməsi çərçivəsinin hazırlanması;
  • Datanın idarə olunması üzrə müvafiq ekspertiza və təcrübəyə malik idarəetmə strukturunun formalaşdırılması;
  • FinCERT (Maliyyə Kibertəhlükəsizlik Monitorinq Mərkəzi) platformasının yaradılması.

Qeyd edək ki, bu addımlar ölkədə rəqəmsal maliyyə ekosisteminin gücləndirilməsi, təhlükəsizliyin artırılması və maliyyə inklüzivliyinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Fuad Mədətov
Finss.az