Azərbaycan Mərkəzi Bankında (AMB) bir sıra rəhbər vəzifələrə yeni təyinatlar həyata keçirilib.
Finss.az xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
Məlumata görə, Əlili Rəxşəndə Mübariz qızı AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru vəzifəsinə təyin olunub.
Bununla yanaşı, Həsənov Ataxan Aftandil oğlu Maliyyə sabitliyi departamentinin direktoru, Abbasov Əfqan Hikmət oğlu isə Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.