BANK

22 Aprel

Niderlanddan Azərbaycana investisiya axını azalıb

2024-cü ildə Niderlandın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyaların həcmi 43,2 milyon ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 145 milyon ABŞ dolları və ya 4,3 dəfə azalma deməkdir. Niderlanddan gələn investisiyaların ümumi birbaşa xarici investisiyalarda payı isə 0,6% olub.

Xatırladaq ki, 2023-cü ildə bu rəqəm 188,2 milyon ABŞ dolları təşkil edib.

2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların ümumi həcmi 7 milyard ABŞ dollarını ötüb. Bu isə 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, Azərbaycandan xarici ölkələrə yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1,8 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma ilə müşayiət olunub.

Fuad Mədətov
Finss.az