2024-cü ildə Sinqapurdan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 3,9 milyon ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Açıqlanan statistikaya əsasən, bu göstərici 2023-cü illə müqayisədə 1,1 milyon dollar və ya 40% artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu göstərici 2,8 milyon dollar olub.
Sinqapurdan daxil olan vəsaitlər ölkəyə ümumi pul köçürmələrinin 0,4%-ni təşkil edib.
Hesabat dövründə, yəni 2024-cü ildə xarici ölkələrdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin ümumi həcmi 1,08 milyard ABŞ dolları təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 571,9 milyon dollar və ya 34,6% azalma deməkdir.
Bununla yanaşı, Azərbaycandan xarici ölkələrə göndərilən pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları olub ki, bu da ötən illə müqayisədə 23,4 milyon dollar və ya 4,2% azdır.
Fuad Mədətov
Finss.az