2024-cü ildə Azərbaycandan Finlandiya iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi 3,9 milyon ABŞ dollarına çatıb.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumatab görə, bu göstərici 2023-cü illə müqayisədə 2,8 milyon dollar və ya 3,6 dəfə artım deməkdir. Ötən il isə bu rəqəm cəmi 1,1 milyon ABŞ dolları təşkil etmişdi.
Finlandiyaya yatırılan vəsait ümumi birbaşa xarici investisiyalarda 0,2%-lik paya sahib olub. Bu, Azərbaycanın Avropa iqtisadiyyatları ilə investisiya əlaqələrinin genişlənməyə davam etdiyini göstərir.
Qeyd edək ki, 2024-cü ildə ümumilikdə Azərbaycan iqtisadiyyatına 7 milyard dollardan çox birbaşa xarici investisiya cəlb olunub. Bu da ötən illə müqayisədə 388,1 milyon dollar və ya 5,83% artım deməkdir.
Digər tərəfdən, 2024-cü ildə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 1,8 milyard ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 1,4 milyard dollar və ya 43,3% azalıb.
Fuad Mədətov
Finss.az