2024-cü ildə Azərbaycandan Yunanıstana fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin ümumi həcmi 2,6 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlərə əsasən xəbər verir ki, bu göstərici əvvəlki – 2023-cü illə müqayisədə 1,3 milyon dollar və ya iki dəfə artım deməkdir. Beləliklə, 2023-cü ildə Yunanıstana göndərilən vəsaitin həcmi cəmi 1,3 milyon dollar olub.
Hesabat dövründə Yunanıstan Azərbaycanın ümumi xarici pul köçürmələri içərisində 0,5%-lik payla təmsil olunub.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xaricə fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin ümumi məbləği 526,8 milyon dollar olub. Bu göstərici 2023-cü illə müqayisədə 23,4 milyon dollar və ya 4,2% azalıb.
Əks istiqamətdə, yəni xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələri isə ötən il ərzində 1,08 milyard dollar təşkil edib. Bu da 2023-cü ilə nisbətdə 571,9 milyon dollar və ya 34,6% azalma deməkdir.
Fuad Mədətov
Finss.az