2024-cü ildə Azərbaycandan Hindistana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin ümumi həcmi 2,46 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 55 min dollar və ya 2,3% artım deməkdir. Müvafiq olaraq, 2023-cü ildə Hindistana göndərilən vəsaitin həcmi 2,4 milyon dollar olub.
Ötən il Hindistan Azərbaycanın ümumi pul köçürmələri içərisində 0,5%-lik paya sahib olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən ümumi pul köçürmələri 526,8 milyon ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 23,4 milyon dollar və ya 4,2% azalma deməkdir.
Bununla yanaşı, eyni dövrdə xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ilin analoji dövrü ilə müqayisədə 571,9 milyon dollar və ya 34,6% azalma deməkdir.
Fuad Mədətov
Finss.az