BANK

21 Aprel

Ötən il Azərbaycana ən çox pul hansı ölkələrdən köçürülüb? – SİYAHI

Ötən il xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 571,9 milyon ABŞ dolları və ya 34,6% azalaraq 1,08 milyard ABŞ dolları təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən il Azərbaycana ən çox pul köçürmələri Rusiyadan olub. Bu ölkədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 496,7 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 550,770 milyon ABŞ dolları və ya 52,6% azalma deməkdir.

Azərbaycana ən çox pul köçürmələri həyata keçirən ikinci ölkə 175,9 milyon ABŞ dolları ilə (illik müqayisədə 11,6 milyon ABŞ dolları və ya 7% çox) Türkiyə olub.

Siyahının üçüncü pilləsində isə 65 milyon ABŞ dolları (8,8 milyon ABŞ dolları və ya 11,9% az) ilə Amerika Birləşmiş Ştatları qərarlaşıb.

Ötən il Azərbaycana ən çox pul köçürən ölkələr aşağıdakı cədvəldə göstərilib:

Dövlətlərin adı

Məbləğ

 

min (ABŞ dolları)

Rusiya Federasiyası

496 753

Türkiyə

175 897

Amerika Birləşmiş Ştatları

64 984

Gürcüstan

35 307

Birləşmiş Krallıq

33 974

Birləşmiş Ərəb Əmirlikləri

31 679

Almaniya

24 131

Qazaxıstan

23 070

Səudiyyə Ərəbistanı

20 541

Avstriya

14 997

İsrail

13 626

Qətər

12 510

Fransa

11 787

Özbəkistan

10 956

İrlandiya

10 861

İsveçrə

10 161

İraq

7 541

Niderland

6 005

Litva

5 426

Belarus

4 773

Kanada

4 592

Polşa

3 880

Sinqapur

3 876

Küveyt

3 201

Qırğızıstan

3 163

İtaliya

2 728

Digər dövlətlər

46 454

Fuad Mədətov
Finss.az