Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində Mərkəzi Bankın iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Finss.az bu barədə Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32% artım deməkdir. 2024-cü ilin ilk rübündə ARNDF hərraclarda 1 mlrd. 835,8 mln. dollar satışı həyata keçirib.
Xatırladaq ki, ARDNF ötən aydan etibarən valyuta satışı ilə bağlı hərrac nəticələrinin aylıq deyil, rüblük əsasda açıqlanacağını bildirib.
Fuad Mədətov
Finss.az