BANK

18 Aprel

Azərbaycanın strateji valyuta ehtiyatları 73,7 milyard dolları ötüb

2025-ci aprel 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard 766.7 milyon ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bunun 85.1 %-i və yaxud 62 milyard 740.2 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14.9 %-i və yaxud 11 milyard 26.5 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycanın valyuta ehtiyatları 2 milyard 775,8 milyon ABŞ dolları və yaxud 3,9%, son 1 ildə isə ölkənin valyuta ehtiyatları 4 milyard 739,3 milyon ABŞ dolları və yaxud 6,9% artıb.

Fuad Mədətov
Finss.az