BANK

17 Aprel

Azərbaycandan Niderlanda və əks istiqamətdə pul köçürmələri artıb

2024-cü ildə Azərbaycandan Niderlanda fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,9 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya 52,3% artım deməkdir. Niderlandın ümumi pul köçürmələrindəki payı 0,9% təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ildə Niderlanddan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 6 milyon ABŞ dolları olub, bu da əvvəlki illə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 24,2% artım deməkdir. Bu dövr ərzində ölkəyə ümumi pul köçürmələrində Niderlandın payı 0,6% təşkil edib.

2023-cü ildə Azərbaycandan Niderlanda 3,2 milyon ABŞ dolları, əks istiqamətdə isə 4,8 milyon ABŞ dolları pul köçürülmüşdü.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü il ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azalmadır. Həmçinin, xarici ölkələrdən Azərbaycana pul köçürmələri 1,08 milyard ABŞ dolları olub ki, bu da əvvəlki illə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azalma göstərir.

Fuad Mədətov
Finss.az