2024-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları artmaqda davam edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi Hesabatına əsasən xəbər verir ki, ölkənin ümumi valyuta ehtiyatları ötən il ərzində 4.8% artaraq 71 milyard ABŞ dollarına yüksəlib.
Hesabat dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 5.6% azalaraq 11 milyard dollara düşsə də, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ehtiyatları əksinə olaraq 7% artımla 60 milyard dollara çatıb.
Beləliklə, ARDNF-in artımı ölkənin ümumi valyuta ehtiyatlarının müsbət dinamikasını təmin edib və iqtisadi sabitliyin gücləndirilməsində mühüm rol oynayıb.
Fuad Mədətov
Finss.az