2024-cü ilin dekabr ayında illik inflyasiya 4.9% təşkil edib və bu, Mərkəzi Bankın hədəf diapazonu (4±2%) daxilində olub.
Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında yer alıb.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, hesabat ilində ərzaq məhsulları üzrə illik inflyasiya 5.5% olub, qeyri-ərzaq məhsulları isə 2.4% bahalaşıb. Xidmət sahəsində illik inflyasiya 6.3% təşkil edib. Tənzimlənən qiymətlər və mövsümi xarakterli kənd təsərrüfatı məhsullarının qiymət dəyişiklikləri nəzərə alınmadan hesablanan baza inflyasiyası isə dekabr ayında 4.4% olub.
Fuad Mədətov
Finss.az