BANK

11 Aprel

Azərbaycandan Qazaxıstana pul köçürmələri artıb, əks istiqamətdə isə azalıb

2024-cü ildə Azərbaycandan Qazaxıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 8,58 milyon ABŞ dolları olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 14,8% artım göstərib. Bu dövrdə Qazaxıstanın Azərbaycandan xarici ölkələrə edilən pul köçürmələrindəki payı 1,6% olub.

Eyni zamanda, Qazaxıstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələri isə 23,07 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 7,51 milyon ABŞ dolları və ya 24,6% azalma deməkdir.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə edilən fiziki şəxslərin pul köçürmələrinin həcmi 526,76 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2% azalmadır. Xarici ölkələrdən Azərbaycana isə 1,08 milyard ABŞ dolları dəyərində pul köçürmələri edilib ki, bu da 2023-cü ilə nisbətən 34,6% azalmadır.

Fuad Mədətov
Finss.az