Ötən il Azərbaycan Danimarka iqtisadiyyatına 28,4 milyon ABŞ dolları sərmayə yatırıb. Bu, 2023-cü ilə nisbətən 24,5 milyon ABŞ dolları və ya 7,3 dəfə çoxdur.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, Danimarkaya yatırılan sərmayələr birbaşa xarici investisiyaların ümumi həcminin 1,6%-ni təşkil edib. 2023-cü ildə isə bu göstərici 3,9 milyon ABŞ dolları olub.
Həmçinin, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına daxil olan birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub ki, bu da 2023-cü ilə nisbətən 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Ancaq, Azərbaycan tərəfindən xarici iqtisadiyyata yönəldilən birbaşa investisiyalar 1,8 milyard ABŞ dolları olub, bu isə 2023-cü ildən 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma göstərir.