BANK

11 Aprel

Azərbaycandan Kanadaya pul köçürmələri 7,6% artıb

Ötən il Azərbaycandan Kanadaya fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 10 milyon ABŞ dolları olub.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 712 min ABŞ dolları və ya 7,6% artım göstərib.

Eyni dövrdə Kanadadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri isə 4,6 milyon ABŞ dolları olub ki, bu da 2023-cü illə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 9,8% azalma deməkdir.

2024-cü ildə ümumilikdə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları olub ki, bu da 2023-cü illə müqayisədə 4,2% azalma deməkdir. Eyni zamanda, 2024-cü ilin ilk iki ayında xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul həcmi 1,08 milyard ABŞ dollarına çatıb. Bu da 2023-cü illə müqayisədə 34,6% azalma göstərib.

Fuad Mədətov
Finss.az