Asiya İnkişaf Bankı (AİB/ADB) Azərbaycanın dövlət büdcəsinə dair yeni proqnozlarını açıqlayıb.
Finss.az bankın hesablamalarına əsasən xəbər verir ki, 2025-ci ildə büdcə kəsirinin ÜDM-in 2,4%-nə, 2026-cı ildə isə 2,0%-nə qədər yüksələcəyi gözlənilir.
ADB hesab edir ki, gələn il büdcə gəlirləri ÜDM-in 30%-i həcmində olacaq. Bu məbləğin 12%-ni vergilər, 7%-ni qeyri-vergi gəlirləri, 11%-ni isə Dövlət Neft Fondundan ediləcək transfertlər təşkil edəcək.
Büdcə xərclərinin isə ÜDM-in 32%-nə çatacağı proqnozlaşdırılır. Bunun 19%-i cari xərclərə, 11%-i isə əsas kapital qoyuluşlarına – yəni investisiya yönümlü xərclərə sərf olunacaq.
Bankın proqnozlarına görə, sosial müdafiə sahəsinə ayrılan vəsaitlərdə də artım gözlənilir. Belə ki, bu xərclərin təxminən 8% yüksələcəyi və ümumi büdcənin 12%-ni təşkil edəcəyi bildirilir. Digər tərəfdən, dövlət investisiya xərclərinin ÜDM-in 2%-nə qədər azalacağı da diqqətə çatdırılıb.
Fuad Mədətov
Finss.az