Ötən il Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) fiziki şəxslərin pul köçürmələrinin həcmi 14,4 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 251 min ABŞ dolları və ya 1,7% azalma deməkdir.
Hesabat ilində ölkənin ümumi pul köçürmələrində BƏƏ-nin payı 2,7% olub.
Eyni zamanda, ötən il BƏƏ-dən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 31,7 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ilə nisbətən 2 milyon ABŞ dolları və ya 6,6% artım göstərir.
Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində BƏƏ-nin payı 2,9% olub.
2023-cü ildə Azərbaycandan BƏƏ-yə fiziki şəxslərin pul köçürmələrinin həcmi 14,7 milyon ABŞ dolları, əks istiqamətdə isə 29,7 milyon ABŞ dolları olmuşdu.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları olub. Bu, 2023-cü ilə nisbətən 23,4 milyon ABŞ dolları və ya 4,2% azalma göstərir.
Həmçinin, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azalma deməkdir.
Fuad Mədətov
Finss.az