BANK

05 Fevral

S&P: Azərbaycanın Bank islahatları sektorun etibarlılığını artırır

Fins.az - Beynəlxalq reytinq agentliyi SP Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini (BICRA) "sabit" dərəcəsindən "müsbət" dərəcəsinə yüksəldib. Agentlik bu dəyişikliyi maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin təkmilləşdirilməsi təşəbbüslerinin reallaşdırılması ilə əlaqələndirib.

SP-nin yaydığı məlumatda bildirilir ki, Azərbaycanda bank sektorunun tənzimlənmə və nəzarət mexanizmlərinin təkmilləşdirməsi istiqamətində atılan addımlar risk idarəetməsini daha effektiv edib. Bu istiqamətdəki səylər sektorda dayanaqlılıq və etibarlılığı artırmaqla böyük önəm daşıyır.

Agentliyin proqnozuna görə, Azərbaycanda banklara nəzarət və tənzimləmə sahəsində aparılan islahatlar davam etdikcə, bu istiqamətdə daha da güclənəcək. Belə ki, səmərəli idarəetmə və tənzimlənmə təcrübəsi bank sektorunda maliyyə sabitliliyinin qorunmasına təkan verəcək.

Bu dəyişiklik, Azərbaycan maliyyə bazarının beynəlxalq maliyyə dairələrində etibarlılığının artmasına və xarici investorlar üçün daha cəlbedici mühit yaradılmasına təkan verəcəyi gözlənilir.