BANK

31 Mart

Azərbaycanın nəqliyyat xidmətlərinin profisiti 11.4% artıb

Ötən il Azərbaycanın qarşılıqlı xidmətlər dövriyyəsinin 27.6%-i və ya 5,1 milyard ABŞ dolları nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, nəqliyyat xidmətlərinin 62.8%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.

Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 3.2 milyard ABŞ dolları qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.9 milyard ABŞ dolları təşkil edib.

Dövr ərzində qeyri neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı əvvəlki ilə nisbətən 12.8%, idxalı isə 7.5% artıb.

Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 11.4% artaraq 1.3 milyard ABŞ dolları olub. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2023-cü ildə 1.2 milyard ABŞ dolları idi.